Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın 6-cı günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib, digər kateqoriyalarda təsəlliverici qarşılaşmalar baş tutub.
Azərbaycan millisinin yarışa başlayan 5 güləşçisindən ikisi yarımfinala yüksəlib. Onlardan Ruslan finala yüksəlsə də, Elmin məğlub olub.
Yunan-Roma güləşi
60 kq
Hüseyn Qəribov 1/8 finalda türkiyəli Mert İlbarsa 4:6 hesabııyla məğlub olub.
67 kq
Fərid Xəlilov almaniyalı Yanis Hainzelbekkeri (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Daniyal Ağayevə (UWW) 1:5 hesabıyla məğlub olub.
72 kq
Ruslan Nurullayev bolqarıstanlı Dimitar Georgiyevə tam üstünlüklə (10:1), litvalı Rokas Çepauskasa isə 3:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ukraynalı Oleq Xəlilovla qarşılaşıb. 4:2 hesabı ilə qalib gələn Ruslan finala yüksəlib.
82 kq
Elmin Əliyev macarıstanlı Dominik Botosa 5:2, isveçli Aleksander Yohanssona isə 6:5 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün moldovalı Aleksandru Soloveylə qarşılaşıb. 0:8 hesabı ilə uduzan güləşçimiz sabah bürünc uğrunda yarışacaq.
97 kq
Aqil Musayev 1/8 finalda ermənistanlı Harutyun Kirakosyana "tuş"la məğlub olub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.
İdman.biz