Pəhləvanlarımızdan rekordun təkrarı

Xəbərlər
15 Mart 2025 16:58
55
Pəhləvanlarımızdan rekordun təkrarı

23 yaşadək güləşçilərdən ibarət Azərbaycan milli komandaları tarixinin rekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, pəhləvanlarımız Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 16 medal qazanıblar.

Bu, 10-cu dəfə keçirilən yarışda güləşçilərimizin ən yüksək göstəricisidir. Bu nəticə 3-cü dəfə qeydə alınır. 2022-ci və 2024-cü illərin çempionatında da təmsilçilərimiz eyni sayda mükafata yiyələnib. Düzdür, hər iki halda medalların əyarı daha yüksək olub. Amma 4 qızıl, 5 gümüş və 7 bürüncə nail olan idmançılarımız ümumi sayda rekordu təkrarlayıblar.

Turnirin tarixindəki ümumi medal sayımız isə 114-ə çatıb. Pəhləvanlarımız 35 qızıl, 26 gümüş və 53 bürüncə sahib çıxıb.

il

qızıl

gümüş

bürünc

cəmi

2015

1

2

6

9

2016

3

4

6

13

2017

5

1

5

11

2018

2

2

3

7

2019

0

0

4

4

2021

2

3

5

10

2022

7

2

7

16

2023

6

3

3

12

2024

5

4

7

16

2025

4

5

7

16

35

26

53

114

Qeyd edək ki, sərbəst güləşdə Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) və Günay Hümbətova (59 kq) qızıl, Əsmər Cankurtaran (50 kq) bürünc, yunan-Roma güləşində Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürünc medala yiyələniblər.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: