Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator Mariya Stadnik Tiranada (Albaniya) keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında əldə olunan nəticələri dəyərləndirib.
Olimpiya, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı İdman.biz-ə eksklüziv açıqlamasında yarışın idmançılarımız üçün uğurlu keçdiyini deyib.
“Qızlar yaxşı məşq edib, çox çalışıb özlərinə əmin idilər. Onlar çempionatda qalib gələ biləcəklərinə inandılar. Bu, mənim üçün ən xoş hal idi. Hələlik, böyüklər arasında əldə olunacaq nəticələrlə bağlı danışmaq çox tezdir. Bu artıq tamamilə başqa səviyyəli yarışdır. Həmişə bunu qızların diqqətinə çatdırıram. Qazanılan qələbələr güləşçilərimшz öz üzərlərində daha çox çalışmaq və gələcək uğurlar üçün stimul verməlidir", - deyə Stadnik bildirib.
Veteran idmançı 17 yaşlı Günayın çıxışına toxunub. O, gənc güləşçinin inkişaf etmək üçün vaxta ehtiyacı olduğunu vurğulayıb: "17 yaşlı Günay bizim üçün çox gəncdir. Unutmayaq, o, Olimpiya kateqoriyasında iştirak etməyib. Ona görə də təcrübə toplamaq üçün hələ öz çəki dərəcəsində mübarizə aparmalıdır. Gələcəkdə biz onun Olimpiya çəki kateqoriyasını müəyyənləşdirməliyik. Düşünürəm ki, onun tələsməsinə ehtiyac yoxdur, hələ kifayət qədər vaxtı var. Mən ona və bütün digər qızlara inanıram".
Bununla belə, titullu idmançını məyus edən idmançılar da olub.
“Bəzi qızlar hələ də əsəbidirlər. Siz məğlun ola bilərsiniz, amma sona qədər mübarizə aparaq. Bəziləri narazı olsalar da, onlar xaraker göstərmədilər. İdmançılarımız qələbə qazanmalı olduqları görüşləri uduzdular", - deyə Stadnik əlavə edib.
Qeyd edək ki, qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanıb. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu olub, Əsmər Cankurtaran (50 kq) isə üçüncü yeri tutub.
Aslan Məmmədli
İdman.biz