Dünya Güləş Birliyi (UWW) aprelin 7-dən 13-dək Slovakiyanın Bratislava şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək komandaların heyətini açıqlayıb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının heyətində 27 güləşçi yer alıb.
Sərbəst güləşdə ölkəmizi İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Qeybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseni Djioyev (86 kq), Osman Nurməhəmmədov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) təmsil edəcək.
Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaq.
Qadınlardan ibarət güləş yığmamızın heyətində Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alena Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Elis Manolova (68 kq) yer alıb.
İdman.biz