Sərbəst güləş üzrə Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti Qubada keçiriləcək yekun təlim-məşq toplanışından sonra müəyyənləşəcək.
Bunu İdman.biz-ə müsahibəsində sərbəst güləş üzrə millinin baş məşqçisi Xetaq Qazyumov deyib.
Bu gün aprelin 7-13-dək Bratislavada (Slovakiya) keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının ilkin siyahıları açıqlanıb. Baş məşqçinin sözlərinə görə güləşçilərimiz martın 19-dan aprelin 2-dək Qubada yekun təlim-məşq toplanışı keçiriləcək: “Son təlim-məşq toplanışında idmançıları Avropa çempionatına hazırlayaraq birbaşa döşək üzərində işləyəcəyik. Bundan sonra komandanın yekun tərkibinə qərar verəcəyik. Hər çəki dərəcəsində komandanın tərkibi artıq bəlli olsa belə, iki komanda birləşdirməyə çalışırıq. Bu, gözlənilməz hallar zamanı təcili dəyişdirmə üçün lazımdır”.
Azərbaycan millisi hələlik xarici komandalarla birgə məşq etməyi planlaşdırmayıb. Baş məşqçinin sözlərinə görə, bəzi əcnəbi güləşçilər sparrinqə gələ bilərlər: “Təəssüf ki, Azərbaycanda İranda və ya Rusiyada 3-4 komandanın olduğu kimi böyük güləşçi seçimi yoxdur. Əgər çəki dərəcəsində iki tam güləşçimiz varsa, deməli, artıq sevinirik. Baxmayaraq ki, bəzi kateqoriyalarda, məsələn, 74 kq, bizdə kifayət qədər yüksək rəqabət var. Ümumilikdə, məhsuldar işləmək üçün bizə gözəl şərait yaradılıb”, - deyə Qazyumov əlavə edib.
Aslan Məmmədli
İdman.biz