Üç güləşçimiz lider mövqeyində

Xəbərlər
20 Mart 2025 20:05
61
Üç güləşçimiz lider mövqeyində

Dünya Güləş Birliyi (UWW) güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycanın 3 güləşçisi öz çəkisində lider mövqeyində qərarlaşıb.

Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) birinci pillədə qərarlaşıblar. Hər 3 idmançımız qeyri-olimpiya çəkiləri üzrə son dünya çempionatının qalibi olub. Olimpiya mükafatçısı Həsrət Cəfərov (67 kq) 3-cü, Qurban Qurbanov (82 kq) isə 4-cü pilləni tutur.

Sərbəst güləşilərdən ən yaxşı nəticəyə Maqomedxan Maqomedov (97 kq) imza atıb. Paris-2024 Olimpiadasının bürünc medalçısı 4-cüdür.

İdman.biz