Güləş üzrə Azərbaycan milli komandaları Avropa çempionatına hazırlığı davam etdirir.
İdman.biz xəbər verir ki, sərbəst güləş üzrə yığmamız geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir.
Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunan toplanışa gənclərdən ibarət milli də qatılıb.
Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaqsa, yunan-Roma güləşçilərimizin toplanışı bu gün başlayıb. “Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
İdman.biz