Azərbaycanın ən güclüləri ilk dəfə Astarada müəyyənləşəcək

Xəbərlər
27 Mart 2025 13:48
51
Azərbaycanın ən güclüləri ilk dəfə Astarada müəyyənləşəcək

Aprelin 15-dən 19-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17, eləcə də qadın güləşi üzrə U-15 və U-17 Azərbaycan birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, bu yarışlar ilk dəfə Astarada təşkil ediləcək.

Astara Olimpiya İdman Kompleksində baş tutacaq birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə, İran və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.

Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə U-17 yaş qrupunda qaliblər müəyyənləşəcək. Son yarış günündə isə qadın güləşi üzrə U-15 və U-17 yaş qrupunda çempionlar məlum olacaq.

Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.

İdman.biz

Məqalədə: