Gimnaziada: Güləşçilərimizdən 3 qızıl, 2 gümüş və 4 bürünc medal - YENİLƏNİB - FOTO

Xəbərlər
7 Aprel 2025 17:54
78
Gimnaziada: Güləşçilərimizdən 3 qızıl, 2 gümüş və 4 bürünc medal - YENİLƏNİB - FOTO

Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Luçani şəhərində yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışa 10 çəki dərəcəsində qatılan Azərbaycan millisinin 9 idmançısı fəxri kürsüyə yüksəlib.

Komandanın heyətində Hüseyn Əmrahlı (38 kq) finalda Volodimir Serjanyuka (Ukrayna), İsfahan Həsənov (75 kq) Martin Fodora (Serbiya) və Zöhrab Səfərov (85 kq) Amirreza Mehritalarpoştiyə (İran) qalib gələrək qızıl medal qazanıblar.

Əli Cavadlı (41 kq) Armin İsmailiyə (İran), Amin Məmmədov (44 kq) Yusif Zareiyə (İran) məğlub olduqlarından ikinci yeri tutublar.

Abdurahman Hüseynli (48 kq) Draqan Tankosiçə (Serbiya), Qurban Məcnunov (52 kq) Andrey Peleana (Rumıniya), Eldəniz Allahverdiyev (57 kq) Daniil Şevçenkoya (Ukrayna), Əli Məmmədov (68 kq) isə Petar Qavriçə (Serbiya) qalib gələrək bürünc medal qazanıblar.

Beləliklə, yunan-Roma güləşçilərimiz Gimnaziadanı 3 qızıl, 2 gümüş və 4 bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisinin hesabındakı medal sayı 23-ə yüksəlib. Komandamız daha öncə 5 qızıl, 3 gümüş və 6 bürünc medal əldə edib.

***

Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Luçani şəhərində yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışa 10 çəki dərəcəsində qatılan Azərbaycan millisinin 9 idmançısı mükafat şansını davam etdirir.

Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Gimnaziadada mübarizə aparan komandanın heyətində Hüseyn Əmrahlı (38 kq), Əli Cavadlı (41 kq), Amin Məmmədov (44 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) finala vəsiqə qazanıblar.

Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq), Əli Məmmədov (68 kq) və Abdurahman Hüseynli (48 kq) isə bürünc medal uğrunda güləşəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi hələlik 11 medal qazanıb.

İdman.biz

Məqalədə: