Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Luçani şəhərində qız güləşçilərinin mübarizəsi başa çatıb.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışa 9 çəki dərəcəsində qatılan Azərbaycan millisinin 6 idmançısı fəxri kürsüyə yüksəlib.
Komandanın heyətində Rəna Nuriyeva (62 kq) finalda Kostina Mantoqla (Rumıniya) qarşılaşıb. Qələbə qazanan güləşçimiz qızıl medala yiyələnib.
Vidan Babayeva (39 kq) Valeriya Yatskiyə (Ukrayna), Günel Kərimli (50 kq) Nian Liyə (Çin), Simurə Abdullayeva (66 kq) isə Esma Nur Karaya (Türkiyə) məğlub olduqlarından ikinci yeri tutublar.
Gülay Xasməmmədova (33 kq) Nikoli da Silvaya (Braziliya), Gülnar Ağadadaşova (42 kq) isə Anna Aqostona (Rumıniya) qalib gələrək bürünc medal qazanıblar.
Beləliklə, qız güləşçilərimiz Gimnaziadanı 1 qızıl, 3 gümüş və 2 bürünc mükafatla başa vurublar.
Qeyd edək ki, Azərbaycan millisinin hesabındakı medal sayı 33-ə yüksəlib. Komandamız daha öncə 9 qızıl, 6 gümüş və 12 bürünc medal əldə edib.
İdman.biz