Azərbaycan yığması 5-ci dəfə Avropa çempionu! - FOTO

Xəbərlər
10 Aprel 2025 00:25
125
Azərbaycan yığması 5-ci dəfə Avropa çempionu! - FOTO

Sərbəst güləş üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

İdman.biz xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.

Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci dəfə Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.

Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıblar. Komandamızın heyətində Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə sahib çıxıb.

İdman.biz