Əli Rəhimzadənin yarımfinal tilsimi: "Özümə çox inanırdım"

Xəbərlər
10 Aprel 2025 01:34
63
Əli Rəhimzadənin yarımfinal tilsimi: "Özümə çox inanırdım"

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Azərbaycan çempionatından əvvəl də təlim-məşq toplanışı keçmişdik".

İdman.biz xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Əli Rəhimzadə deyib.

O, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qazandığı bürünc medalı şərh edib. 65 kq çəki dərəcəsində yarışan Əli növbəti dəfə yarımfinalda uduzduğuna görə təəssüfləndiyini bildirib: "Artıq 4-cü dəfədir ki, Avropa çempionatında 3-cü yerə çıxıram. Dördündə də yarımfinalda uduzmuşam. Bu tilsimi qıra bilmirəm. İnşallah, dünya çempionu olaram. Üzərimdə əziyyət çəkən məşqçilərimi, federasiyamızı və xalqımızı sevindirərəm. Özümə çox inanırdım. Görünür məğlub olduğum rəqib qələbəni məndən çox istəyirdi və qalib gəldi. Bu yarışda özümə əsas rəqib gördüyüm güləşçilər digər səbətdə yer almışdılar. İnşallah, növbəti yarışlarda bu səhvləri etmərəm. Sırf məğlub olduğum görüşü təhlil edib, üzərində çox çalışmalıyam”.

Qeyd edək ki, Rəhimzadə bürünc uğrunda görüşdə Andrey Sviridə (Ukrayna) 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz