Güləş üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 4-cü günündə qadın güləşçilər xalçaya çıxıb.
Beş çəkidə mübarizəyə start verilib, digər 5 kateqoriyada isə medal qarşılaşmaları baş tutub. Azərbaycan millisinin iki güləşçisi çempionata başlayıb, biri isə medal görüşünə çıxıb.
Qadın güləşi
10 aprel
57 kq
Jalə Əliyeva 1/4 finaldan mübarizəyə başlayıb. O, Maqdalena Qlodekə (Polşa) “tuş”la qalib gəlib. Jalə yarımfinalda türkiyəli Elvira Kamaloğlu ilə üz-üzə gəlib. Görüş rəqib idmançının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, sabah bürünc uğrunda Yenna Hemiae ilə qarşılaşacaq.
59 kq
Alyona Kolesnik bürünc uğrunda qarşılaşmaya çıxacaq. O, Aurora Russo (Italiya) ilə qarşılaşıb. 1:3 uduzan güləşçimiz yarışı medalsız başa vurub.
62 kq
Ruzanna Məmmədov 1/8 finalda xalçaya çıxıb. O, almaniyalı Luisa Niemeşə 1:7 hesabı ilə uduzub.
Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.
İdman.biz