Avropa çempionu olan yığmamız Bakıda - FOTO

Xəbərlər
10 Aprel 2025 21:20
73
Avropa çempionu olan yığmamız Bakıda - FOTO

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb.

İdman.biz Report.az-a istinadən xəbər verir ki, yığmanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Güləşçiləri hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.

Qeyd edək ki, yarışı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vuran yığma 119 xalla komanda hesabında birinci yeri tutub.

İdman.biz