Eldəniz erməni rəqibini məğlub edib finala yüksəlib, iki güləşçimiz yarımfinalda uduzub - YENİLƏNİB - VİDEO

Xəbərlər
11 Aprel 2025 19:51
301
Eldəniz erməni rəqibini məğlub edib finala yüksəlib, iki güləşçimiz yarımfinalda uduzub - YENİLƏNİB - VİDEO

Güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə start verib.

Azərbaycan millisinin 5 “klassik”i xalçaya çıxıb. Onlardan üçü yarımfinala yüksəlib.

Bu gün qadınların yarışına yekun vurulacaq. Jalə Əliyeva bürünc qarşılaşmasında gücünü sınayacaq.

Avropa çempionatı
11 aprel

Yunan-Roma güləşi
55 kq

Eldəniz Əzizli çempionata 1/4 finaldan başlayıb. O, gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Eldəniz Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.

63 kq
Murad Məmmədov 1/8 finalda Qleb Makarankaya (UWW) 6:1 hesabı ilə qalib gəlib. 1/4 finalda xorvatiyalı İvan Lizatoviçi tam üstünlüklə (9:0) məğlub edən güləşçimiz yarımfinala adlayıb. O, finala gedən yolda türkiyəli həmkarı Kerem Kamala 4:5 hesabı ilə uduzub.

77 kq
Sənan Süleymanov 1/8 finalda türkiyəli Ahmet Yılmaza 1:2 hesabı ilə uduzub.

87 kq
İslam Abbasov 1/16 finalda Şimon Şimonoviçə (Polşa) 4:0, 1/8 finalda niderlandlı Marsel Sterkenburqa 4:1 hesabı ilə qalib gəlib. Ardınca norveçli Eksos Mukubuya 3:1 hesabıyla qalib gələn “klassik”imiz yarımfinala yüksəlib. İslam bu mərhələdə uğurlu çıxışını davam etdirə bilməyib. O, Semen Novikova (Bolqarıstan) 3:5 hesabı ilə uduzub.

130 kq
Beka Kandelaki 1/8 finalda Mixailo Vışnyetskini (Ukrayna) “tuş”la məğlub edib. İdmançımız 1/4 finalda türkiyəli Hamza Bakıra 0:2 hesabı ilə məğlub olub.

İdman.biz