Güləş üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün qadın güləşində mübarizəyə yekun vurulub.
Jalə Əliyeva bürünc qarşılaşmasında gücünü sınayıb.
Avropa çempionatı
11 aprel
Qadın güləşi
57 kq
Jalə Əliyeva bürünc uğrunda Yenna Hemiae ilə qarşılaşıb. O, rəqibini 10:3 hesabı ilə məğlub edərək, Avropa çempionatının bürünc mükfatını qazanıb. Bu komandamızın yarışdakı ilk və son medalı olub.
Qeyd edək ki, Alyona Kolesnik (59 kq) bürünc uğrunda qarşılaşmada Aurora Russoya (Italiya) 1:3 uduzub.
İdman.biz