Güləş üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşçiləri xalçaya çıxıblar.
Bu gün beş çəkidə mübarizəyə start verilib. Təmsilçilərimizdəm üçü finala yüksəlib.
Avropa çempionatı
12 aprel
Yunan-Roma güləşi
60 kq
Nihat Məmmədli 1/8 finalda litvalı Yustas Petraviçyusa tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəlib. O, gürcüstanlı Amiran Şavadzeni tam üstünlüklə (9:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz Viktor Çiobanuya (Moldova) mübarizədən kənarlaşdıraraq finalçı olub - 8:0.
67 kq
Həsrət Cəfərov 1/8 finalda isveçrəli Andreas Vetşə tam üstünlüklə (8:0) qalib gəlib. 1/4 finalda gürcüstanlı Coni Xetsurianini 4:1 hesabı ilə üstələyən güləşçimiz yarımfinala adlayıb. O, türkiyəli rəqibi Murat Fırat 8:0 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.
72 kq
1/8 finaldan mübarizəyə başlayacaq Ülvi Qənizadə macarıstanlı Levante Levaya 1:4 hesabı ilə uduzub.
82 kq
Qurban Qurbanov 1/8 finalda Samvel Qriqoryana (Ermənistan) 3:1 hesabı ilə qalib gəlib. 1/4 finalda İslam Aliyevlə (UWW) görüşən pəhləvanımız 2:1 hesablı qələbə ilə yarımfinala adlayıb. Qurban gürcü Gela Bolkvadzedən 4:0 hesabı ilə üstün olaraq, finalda güləşmək hüququ əldə edib.
97 kq
Murad Əhmədiyev 1/16 finalda türkiyəli Beytullaha tam üstünlüklə qalib gələrək 1/8 finala adlayıb. O, litvalı Mindauqas Venkaitisə xalların keyfiyyətinə görə uduzub – 5:5.
Qeyd edək ki, qitə birinciliyinin sabah yekun vurulacaq.
İdman.biz