Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
29 yaşlı idmançı təsəlliverici qarşılaşmada ermənistanlı David Ovasapyandan güclü olub. O, rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
İdman.biz