Qurban Qurbanov erməniyə qalib gəlib

Xəbərlər
12 Aprel 2025 16:37
60
Qurban Qurbanov erməniyə qalib gəlib

Azərbaycan millisinin daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edib.

İdman.biz xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışa 1/8 finaldan başlayıb.

Onun ilk rəqibi ermənistanlı Samvel Qriqoryan olub. Qurban 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan)2:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

İdman.biz