Avropa çempionatı: Eldəniz Əzizli finalda uduzub, İslam Abbasov bürünc qazanıb - YENİLƏNİB

Xəbərlər
12 Aprel 2025 23:04
105
Avropa çempionatı: Eldəniz Əzizli finalda uduzub, İslam Abbasov bürünc qazanıb - YENİLƏNİB

Güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşində ilk medalçılar bəlli olur.

Pəhləvanlarımızdan dördü günü medalla bitirmək üçün güləşib. Onlardan ikisi fəxri kürsüdə yer alıb.əcək. Finalda uduzan Eldəniz Əzizli gümüş, İslam Abbasov isə bürünc qazanıb.

Avropa çempionatı
12 aprel
Yunan-Roma güləşi

55 kq
Eldəniz Əzizli finalda Emin Seferşayev (UWW) ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Rəqib idmançı keyfiyyətli xal prinsipinə uyğun qalib elan olunub.

63 kq
Murad Məmmədov bürünc uğrunda qarşılaşmada Vitali Yeryomenko (Moldova) ilə üz-üzə gəlib. Məğlub olan təmsilçimiz yarışı medalsız başa vurub.

87 kq
İslam Abbasov 3-cü yer uğrunda görüşdə Yaroslav Filçakovu (Ukrayna) sınağa çəkib. İdmançımız 2:1 hesabı ilə qalib gələrək, bürüncə sahib olub.

130 kq
Beka Kandelaki təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan) 2:0 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Jello Kramerlə üz-üzə gələn güləşçimiz görüş 1:1 başa çatmasına baxmayaraq, keyfiyyətli xal prinsipinə görə uduzub.

Qeyd edək ki, sabah 3 yunan-Roma güləşçimiz yarımfinalda mübarizə aparacaq.

İdman.biz