Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı keçirilib.
İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Nihat Məmmədli ardıcıl ikinci, Həsrət Cəfərov üçüncü, Qurban Qurbanov ilk dəfə qitə çempionu olublar.
Ülvü Qənizadə bürünc mükafat qazanıb.
Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq
Final
Nihat Məmmədli Georgi Tibilova (Serbiya) 7:3 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
67 kq
Final
Həsrət Cəfərov Abu Muslim Amayevi (Bolqarıstan) 7:1 hesabı ilə məğlub edərək Avropa çempionluğunu qazanıb.
72 kq
Ülvü Qənizadə təsəlliverici görüşdə erməni əsilli Alen Mirzoyana (UWW) qalib gəlib. O, bürünc uğrunda qarşılaşmada Aleksandr Lyavonçiki (UWW) 2:1 hesabı ilə məğlub edib.
82 kq
Final
Qurban Qurbanov Erik Silvassiyə (Macarıstan) 6:0 hesabı ilə qalib gələrək Avropa çempionu tituluna sahib olub.
İdman.biz