Bu gün 17 yaşadək güləşçilər arasında ölkə birinciliyinə start verilib.
İdman.biz xəbər verir ki, Astara Olimpiya Kompleksində keçirilən yarışın ilk günündə sərbəst güləşçilər qüvvəsini sınayıb.
Beş - 45, 51, 60, 71 və 92 kq çəkilərində qaliblər müəyyənləşib. Gəncə idmançıları 3 çəkidə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
45 kq
1. Ömər Usubov (Gəncə, AHİTA)
2. Sadiq İsmayılov (Abşeron, "Neftçi")
3. Rəsul Məmmədov (Qəbələ)
3. Musa Tağıyev (Gəncə, "Neftçi")
51 kq
1. Ramal Mirhüseynov (Lənkəran)
2. Samid Hüseynov (Gəncə, Təhsil-1)
3. Asim Məmmədzadə (AHİTA)
3. Hacıhüseyn Əhmədzadə (Neftçi)
60 kq
1. Həsən Həsənov (Gəncə, "Neftçi")
2. Rəşid Nazarov (ROİL, "Neftçi")
3. Ramal Məmmədoğlu (Gəncə, Təhsil-1)
3. Seymur Zeynalov (Gəncə, Təhsil-1)
71 kq
1. İsa Yusubov (Gəncə, Təhsil-1)
2. Nihad Abasov (Neftçi)
3. Rəşad Veysəlov (Qəbələ)
3. Əliəkbər Səfərov (Olimpsport)
92 kq
1. Səid Paşayev (Neftçi)
2. Amin Nəsibov (AHİTA, "Neftçi")
3. Nihad Quliyev (Şabran)
3. Fuad Quliyev (Sumqayıt)
İdman.biz