Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüşüb - FOTO

Xəbərlər
16 Aprel 2025 19:51
188
Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüşüb - FOTO

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyada keçirilmiş güləş üzrə Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, federasiyanın rəhbəri öz sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Görüşdə güləş idmanının inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və perspektivlər barədə müzakirələr aparılıb. İdmançılar və məşqçiləri bir daha təbrik edən Mikayıl Cabbarov onlara nailiyyətlərinin davamlı olmasını arzulayıb.

Qeyd edək ki, güləşçilərimiz Avropa çempionatında 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar.

İdman.biz