Azərbaycanın ən güclü güləşçiləri bəlli olub - SİYAHI - FOTO

Xəbərlər
18 Aprel 2025 17:52
364
Azərbaycanın ən güclü güləşçiləri bəlli olub - SİYAHI - FOTO

17 yaşadək güləşçilər arasında ölkə birinciliyində yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.

İlk dəfə Astara Olimpiya İdman Kompleksində keçirilən yarışın sonuncu günündə 5 çəkidə mübarizə başa çatıb. 48, 55, 65, 80 və 110 kq-da mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, sabah eyni məkanda qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi keçiriləcək.

Yunan-Roma güləşi
48 kq

1. Qurban Məcnunov ("Neftçi")
2. Aqşin Pənahlı (Kürdəmir)
3. Elmin Abbasov (Masallı), Elmir Abbasov (UGİM-2)

55 kq
1. Ayxan Əsədli (UGİM-2)
2. Nihat Bəhmənov (UGİM-10)
3. Fərid Nurməmmədli (MOİK), Xəzər İbrahimov (Sumqayıt, “Təhsil”)

65 kq
1. Ramil Musayev (UGİM-5, “Neftçi”)
2. Nihat Məhərrəmov (UGİM-2)
3. Hüseyn İsgəndərov (UGİM-2), Hüseyn Vəlizadə (Sumqayıt, AHİTA)

80 kq
1. Nicat Yeylaqaliyev (Abşeron)
2. Emil Abbasov (UGİM-5, “Neftçi”)
3. Aqil Mikayılov (Abşeron, Şahdağ), Ceyhun Soltanov (Şirvan)

110 kq
1. Rihad İbrahimli (Sumqayıt, “Təhsil”)
2. Rauf Mütəllimov (Sumqayıt, "Təhsil", AHİTA)
3. Tuncay Əliyev (Şəmkir), Məhəmməd Mustafayev (UGİM-2)

İdman.biz