Yunan-Roma güləşi üzrə dördqat dünya çempionu Eldəniz Əzizli yerli telekanalların birində yayımlanan verilişin qonağı olub və idmançıların avtomobillərə bahalı nömrələri necə əldə etdiklərindən danışıb.
İdman.biz xəbər verir ki, tanınmış güləşçi tok-şouda maşını ilə bağlı məlumat da verib və bildirib ki, nömrəni özü almayıb - ona hədiyyə edilib.
Verilişin aparıcısı Elcan Rəsulov son vaxtlar azərbaycanlı idmançıların diqqətçəkici nömrə nişanlı bahalı avtomobillər sürməsinə daha çox rast gəlinir. Əzizli buna cavab olaraq belə izahat verib: "İdmançılar adətən belə nömrələr almırlar. Onlar hörmət əlaməti və ya həvəsləndirici mükafat olaraq hədiyyə edilir".
İdman.biz