Güləşçilərimiz Aşqabadda 3 medal qazanıblar - FOTO

Xəbərlər
26 Aprel 2025 23:44
50
Güləşçilərimiz Aşqabadda 3 medal qazanıblar - FOTO

Türkmənistanın Aşqabad şəhərində kəmər güləşi növlərindən olan qoreş və alış üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, “Yeni İdman İmkanları Birliyi” statusuna həsr olunmuş yarışda iki idmançımız fəxri kürsüdə yer alıb.

Ariz Hüseynov (70 kq) alış növündə gümüş, qoreş növündə isə bürünc medal qazanıb.

Fidan Hüseynova (60 kq) isə alış üzrə bürünc medala layiq görülüb.

İdman.biz