2-ci Şıxlı kəndində 40-a yaxın yeniyetmə və gənc sərbəst güləşin sirlərinə yiyələnir - FOTO

Xəbərlər
28 Aprel 2025 02:00
435
2-ci Şıxlı kəndində 40-a yaxın yeniyetmə və gənc sərbəst güləşin sirlərinə yiyələnir - FOTO

Azərbaycanda güləşin inkişaf istiqamətlərindən biri də ölkənin bir çox kəndlərinin idman zallarında infrastrukturun yaxşılaşdırılmasıdır.

İdman.biz xəbər verir ki, son illər bu istiqamətdə atılan addımlar intensiv xarakter alıb.

Qusar, Salyan, Goranboy rayonlarında yerləşən kəndlərin idman zallarını inventarla təmin edən Azərbaycan Güləş Federasiyası (AGF) Qazax rayonu 2-ci Şıxlı kəndinin idman zalını da güləş xalçası və digər idman avadanlıqları ilə təmin edib.

Əməkdar məşqçi, SSRİ idman ustası Müşviq Eyyubovun rəhbərliyi altında 40-a yaxın yeniyetmə və gənc bu idman zalında sərbəst güləşin sirlərinə yiyələnir.

Güləş zalıyla tanışlıq zamanı AGF-nin baş katibi Nəsimi Musayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax UGİM-in direktoru Rəhim Namazov, AGF-nin baş katibinin müavini Orxan Məmmədov və əməkdar məşqçi Ramiz Tağıyev çıxış edərək, federasiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində yaradılan bu şərait fonunda yaxın gələcəkdə bu güləş məktəbinin yüksək nəticələr verəcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Qazax rayonu sərbəst güləş ənənələri zəngin olan bölgələrimizdən biridir. Bu rayonda müxtəlif yaş qruplarında dünya və Avropa çempionları, mükafatçıları yetişib.

İdman.biz